Seyyid Taleh - Nəsib Eylə (Official Video)

Описание к видео Seyyid Taleh - Nəsib Eylə (Official Video)

Seyyid Taleh Boradigahinin yeni ilahisi "Nəsib Eylə" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
   / seyyidtalehboradigahi  

Söz : Hacı Rövşən
Mus : Farxod Niftiyev
Mix, master : Fəriborz Xatəmi
Aranj : Farxod Niftiyev
Video Montaj : Vadim Eyvazov

Sözlər :

Peyğəmbəri sevən kəslər
Ailəsinə, sevgi bəslər.
Bu sevgi ilə uca səslə,
Allahın bu cür səslər.
Nəsib eylə bizə Allah Rəsulullah ziyarətini,
Nəsib eylə bizə Allah Rəsulullah şəfaətini.
Kərəm eylə bizə Allah Rəsuluna olağ qonaq,
Kərəm eylə bizə Allah Muhəmmədin ətrin duyaq

Eşqi yaşadıb Salmanı,
Miqdad kimi pak insanı.
Rəsulullah sözü ilə,
Bilal verib ilk azanı.
Sevir Allah sevir bizi
Dinləyə kaş zikrimizi
Muhəmmədin eşqi üçün
Genişləndir qəlbimizi

Nəqarət
Can aşiq qurban edər
Ömrünü o verməz hədər
Söhbət edər Allah ilə
Hər gecəni sübhə qədər
Görür Allah bəndəsini
Sevməmişəm özgəsini
Görməsin O bizlərə çox
Rəsulullah sevgisini

Nəqarət
Dilimdədir zikri Allah
Mühəmmədin Rəsulullah
Ağam Əli Vəliyullah
Sübhan Allah, Sübhan Allah
Ya Rəbb Əli hörmətinə
Rəsulullah izzətinə
Mühəmmədin Ümmətini
Qərq elə öz rəhmətinə
Nəsib eylə bizə Allah Rəsulullah ziyarətini,
Nəsib eylə bizə Allah Rəsulullah şəfaətini.
Kərəm eylə bizə Allah Rəsuluna olağ qonaq,
Kərəm eylə bizə Allah Muhəmmədin ətrin duyağ

Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

Telegram 👇
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #NesibEyle #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Комментарии

Информация по комментариям в разработке